02:55 çərşənbə, 19 Dekabr 2018
İQTİSADİYYAT

Azercell Gəncədə yeni Eksklüziv mağaza açdı

16:37, 18.09.20182905
Azercell Gəncədə yeni Eksklüziv mağaza açdı
Abunəçilərinin rahatlığı üçün "Azercell Telekom” MMC Bakıda və bölgələrdə eksklüziv mağazalarının sayını artırmaqdadır. 

AZXEBER.COM xəbər verir ki, şirkət sentyabrın 18-də Gəncədə yeni konsepsiyalı mağazasını abunəçilərin ixtiyarına verib. Heydər Əliyev prospekti, 149 ünvanında yerləşən yeni konsepsiyalı mağazanın açılışı ilə əlaqədar 18-27 sentyabr tarixində Azercell bütün müştəriləri üçün yeni Smartfon kampaniyasını da təqdim edir. Qeyd olunan tarixlərdə Gəncə Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq. 

Məlumat üçün bildirək ki, yeni mağaza abunəçilərə yüksək standartlara uyğun xidmət göstərmək üçün bütün şərait və ən müasir avadanlıqla təmin olunub. Mağazada abunəçilər peşəkar satış mütəxəssislərdən istədiyi məhsul haqda məlumat ala, onu sınaqdan keçirə bilərlər, gündəlik istifadələri üçün müxtəlif cihazlar (MiFi, USB modem və s.), aksessuarlar əldə edə, mobil telefonları kredit və nəğd şəkildə ala bilərlər. Abunəçilər burada həmçinin şirkətin müştəri xidmətləri mərkəzlərində təqdim olunan bir çox əməliyyatları icra edə bilərlər. 
 

 


XƏBƏR LENTİ