09:41 Cümə, 22 Iyun 2018
İQTİSADİYYAT

Azercell-in 4G şəbəkəsinə keç, 5GB internet hədiyyə qazan!

17:50, 06.03.20181109
Azercell-in 4G şəbəkəsinə keç, 5GB internet hədiyyə qazan!
Ölkəmizdə ən böyük 4G şəbəkəsinə sahib Azercell Telekom bütün abunəçilərinin 4G xidmətindən yararlanması məqsədilə yeni kampaniyaya başlayır. İndi Şirkət 5GB internet paketini bütün abunəçilərinə hədiyyə edir. Kampaniyadan yararlanmaq üçün abunəçilərə sadəcə 4G xidmətinə qoşulub, "4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir. 4G şəbəkəsində istifadəsi nəzərdə tutulan 5GB internet ilə abunəçilər əsl 4G sürətini sınamaq imkanı qazanacaqlar. Kampaniya haqqında ətraflı məlumatı www.azercell.com internet səhifəsində əldə etmək mümkündür.

Məlumat üçün bildirək ki, 4G xidmətindən istifadə edib yüksək sürətli internetdən faydalanmaq üçün müştərinin 4G dəstəkli telefonu, 4G xidmətini dəstəkləyən Sim Kartı və telefon ayarlarında şəbəkə seçimi 4G olmalıdır. Əgər nömrədə 4G xidməti aktiv deyilsə, abunəçilər Azercell Müştəri Xidmətləri ofislərinə yaxınlaşaraq 4G şəbəkəsini dəstəkləyən Sim kartları PULSUZ olaraq əldə edə bilərlər.

Qeyd edək ki, ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell 2017-ci ildə Bakı, Abşeron yarımadası ilə yanaşı, Gəncə, Bərdə, Şəmkir və Lənkəranda da 4G stansiyaları quraşdırdı və bununla da LTE xidmətini regionlara gətirən ilk mobil operator oldu. Ölkədə ən böyük LTE şəbəkəsinə sahib olan Azercell-in 4G internet istifadəçilərinin sayı 2017-ci ildə əvvəlki illə müqayisədə 3 dəfə artdı, mobil internetdən istifadə həcmi isə 50% çoxaldı.

Məlumat üçün bildirək ki, 4G şəbəkəsinin təmin etdiyi inanılmaz yüksək sürət müasir İnternet məkanının təklif etdiyi mobil TV, videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat istifadəni mümkün edir.

Azercell şirkəti abunəçilərinə yüksəksürətli mobil internetdən yararlanması istiqamətində təşəbbüslərini davam edəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də "Opensignal” və "Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir
XƏBƏR LENTİ