08:55 çərşənbə, 15 Avqust 2018
SOSİAL

Azercell-in Mobil Diş Klinikası pulsuz xidmətə davam edir

15:53, 02.02.2018624
Azercell-in Mobil Diş Klinikası pulsuz xidmətə davam edir

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası uğurla fəaliyyət göstərir. Klinika 2017-ci ildə gördüyü işlərlə bağlı yekun hesabatını açıqlayıb.

 

Hesabata əsasən kimsəsiz və yardıma ehtiyacı olan 552 nəfər ötən il klinikanın müayinə və müalicəsinə cəlb olunub. Yanvar ayında Mobil Diş Klinikası Pirşağıda 10 saylı internat evindəki 124 uşağa xidmət göstərib. Fevral və mart ayları ərzində klinikanın həkimləri Zəngilan şəhərciyi tam orta məktəbinin 50 nəfər şagirdini müayinəyə cəlb ediblər. Aprel və may aylarında Əhmədli qəsəbəsi SOS Uşaq Kəndində məskunlaşan 102 nəfər uşaq peşəkar stomatoloji xidmətdən yararlana bilib. İyun ayında isə həkimlər Yasamal Rayonu Əlillər Təşkilatında 47 nəfərə təmənnasız yardım ediblər. İyul, avqust və sentyabr aylarında Abşeron rayonu, "Məzun evi" sosial müəssisəsinin 139 nəfəri bu xidmətdən yararlanıb. Oktyabr ayında Nizami rayonu, Lal-kar uşaqlar üçün 3 saylı internat məktəbinə baş çəkən klinikanın həkimləri burda 35 nəfəri müayinə və müalicəyə cəlb ediblər. Sabunçu rayonu, 11 saylı inteqrasiya təlimli internat məktəbində isə həkimlər oktyabr ayında xidmət göstəriblər. İnternat məktəbində 56 nəfər müayinədən keçib.


Yalnız Bakıda deyil, regionlarda yaşayan kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar, Lənkəran, Lerik və Balakəndə yerləşən İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Biləsuvarda yerləşən Qaçqın düşərgəsində və internat məktəbində uşaqlara xidmət göstərib.


Qeyd edək ki, Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan Azercell Telekom MMC Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Fəaliyyət göstərdiyi bu illər ərzində minlərlə insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu təqdirdə müalicə alıb. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

 

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də "Opensignal” və "Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

XƏBƏR LENTİ