Azercell Kanada ilə əməkdaşlığı genişləndirmək imkanı qazandı

06 Sentyabr 2017, 17:07
AAA

Şirkətinin prezidenti və digər rəsmilər Kanadanın Ontario əyalətinin Tədqiqat, İnnovasiya və Elm naziri ilə görüş keçirib

Azercell Telekom MMC Kanadanın Ontario əyalətinin Tədqiqat, İnnovasiya və Elm naziri cənab Reza Moridi-nin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azercell rəsmiləri şirkətin prezidenti cənab Vahid Mürsəliyevin rəhbərliyi altında 5 sentyabr 2017-ci il tarixdə şirkətin baş ofisində Kanadadan olan nümayəndə heyəti ilə görüş keçirib. Mehriban şəraitdə keçirilən görüş nazir Reza Moridi və Kanadadan olan nümayəndə heyətinin Azərbaycana, xüsusilə ölkənin sürətlə inkişaf edən mobil rabitə sektoruna göstərdiyi maraq çərçivəsində reallaşıb. Tərəflər Ontarioda fəaliyyət göstərən qurumlar və Azercell Telekom arasında mobil texnologiyalar, innovasiyalar, sahibkarlıq, insan qaynaqları və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif imkanları müzakirə ediblər.

Qeyd edək ki, Ontario əhali sayına görə Kanadanın ən böyük, ərazisinə görə isə 2-ci ən böyük əyalətidir. Hazırda ölkə əhalisinin təxminən 40%-i bu əyalətdə yaşayır. Kanadanın paytaxtı Ottava şəhəri və əhalinin ən sıx məskunlaşmış şəhəri olan Toronto bu əyalətdə yerləşdir. OntarionunTədqiqat, İnnovasiya və Elm Nazirliyi elmi kəşflərin, yeni texnologiya və məhsulların kommersiya yönümlü tətbiqinə dair işlər görür, həmçinin yeni iş yerlərinin açılması və əyalətin iqtisadi inkişafına dəstək vermək məqsədilə universitetlərdə, kollec və xəstəxanalarda fəaliyyət göstərən tədqiqat qrupları, sahibkarlar və biznes liderləri ilə sıx əməkdaşlıq edir.

Görüş zamanı nazir Reza Moridi Kanadanın Hökümət strukturu, ölkədə son illər ərzində müşahidə edilən iqtisadi inkişaf və Ontario əyalətinin İKT sahəsində əldə etdiyi uğurlar barədə məlumat verib. O həmçinin 5G texnologiyasının tətbiqi, kiber təhlükəsizlik, süni intellektin və M2M texnologiyalarının (sürücüsüz avtomobil və s.) inkişafına dövlət tərəfindən xüsusi diqqət ayrıldığını və bu sahələrə iri həcmli investisiyaların qoyulduğunu qeyd edib. Nazir bildirib ki, Azercell şirkətinin naqilsiz rabitə texnologiyaları sahəsində əldə etdiyi uğurları nəzərə alaraq, Kanada şirkətləri ilə əməkdaşlığın həm şirkət üçün, həm də bütövlükdə Azərbaycan üçün faydalı olacağını hesab edir. Öz növbəsində Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev nazir Reza Moridi və nümayəndə heyətinə ziyarətə və Azercell-i tərəfdaş şirkət hesab etdiklərinə görə öz minnətdarlığını bildirib. V. Mürsəliyev inkişaf etmiş Ontario əyaləti ilə Azərbaycanın qabaqcıl mobil operatoru və Cənubi Qafqaz regionunda İnnovativ Mobil Texnologiyalar sahəsində pioner şirkət sayılan Azercell Telekom arasında tədqiqat və

innovasiya sahəsində əməkdaşlıq üçün xeyli sayda imkanların mövcudluğunu qeyd edib. Şirkətin prezidenti bildirib ki, bu əməkdaşlıq həmçinin Azercell abunəçilərinə yeni üstünlüklər gətirə bilər. Cənab Mürsəliyev Azercell-in telekommunikasiya sektoruna verdiyi tövhələrdən və İKT sahəsində düyanın ən peşəkar mütəxəssisləri sırasında olan şirkətin mühəndislərinin nailiyyətlərindən bəhs edib.

V.Mürsəliyev bildirib ki, Azercell hər bir vətəndaşın işini və həyatınını daha da rahat etmək üçün təhlükəsiz və innovativ texnoloji gələcəyin qurulması istiqamətində əməkdaşlıqlara açıqdır.

Görüşün sonunda xatirə fotosu çəkildi.

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.


Oxunma sayı : 114

SON XƏBƏRLƏR
Aqil Ələsgər Beynəlxalq Təhlükəsizlik Simpoziumunda çıxış etdi - 25 Noyabr 2017, 14:44
Azərbaycan əsgərinin meyitinin qaytarılması tələb olunur - 25 Noyabr 2017, 14:29
Azərbaycan kişilərini təhqir edən Pərvinə cavab: " 500 -1000 manatlıq qadına..." - 25 Noyabr 2017, 13:50
Bu xəbərləri yaymaq qadağan edilib - Cərimələnə bilərsiniz - 25 Noyabr 2017, 13:27
Marşrut sahiblərinə XƏBƏRDARLIQ - 25 Noyabr 2017, 13:20
"Aparıcı bakirə olmamalıdır" söhbətinə xanım aparıcılardan maraqlı - Cavablar - 25 Noyabr 2017, 13:16
“Azərbaycan iqtisadiyyatını dəyişdiririk” - İlham Əliyev - 25 Noyabr 2017, 13:14
Bazar günü hava yağmursuz olacaq - 25 Noyabr 2017, 12:44
Bakı metrosunda sərnişinlərə qənim kəsilən qadın tutuldu - 25 Noyabr 2017, 12:32
Ərdoğan aktrisanı tənqid etdi - 25 Noyabr 2017, 11:37
“Çelsi”nin Bakıdan Londona təhlükəli uçuşu - 25 Noyabr 2017, 11:15
Natiq Qədimovun həyat yoldaşı : “Əlvida” demirəm Natiq, görüşəcəyik...” - 25 Noyabr 2017, 00:00
“Şirin”in toyundan – FOTOLAR - 24 Noyabr 2017, 23:54
İlham Əliyevin Brüsselə səfəri başa çatıb – FOTO - 24 Noyabr 2017, 22:46
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünü dəstəklənib - 24 Noyabr 2017, 21:29
Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib - 24 Noyabr 2017, 20:50
Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olunacaq - 24 Noyabr 2017, 18:15
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib - 24 Noyabr 2017, 18:14
“Beşiktaş”ın izi ilə gedəcəyik” – Qurban Qurbanov - 24 Noyabr 2017, 18:10
AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək - 24 Noyabr 2017, 18:09
Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə - 24 Noyabr 2017, 17:49
Lider TV-də müzakirə: "Efirə çıxan aparıcı bakirə olmamalıdır" - VİDEO - 24 Noyabr 2017, 17:43
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı - 24 Noyabr 2017, 17:31
Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə - 24 Noyabr 2017, 17:31
"Muğanbank"da "Forex" qalmaqalı: 300 minlik dələduzluq - 24 Noyabr 2017, 17:30
"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik - 24 Noyabr 2017, 17:18
Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər" - 24 Noyabr 2017, 17:00
Dino Ndlovu "Qarabağ"dan gedir? - 24 Noyabr 2017, 16:53
Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşüb - 24 Noyabr 2017, 16:37
Prezident bu qanunlara dəyişiklik təklif etdi - 24 Noyabr 2017, 16:32
Bakıda avtomobil ana, ata və 2 uşağını vurub qaçdı - FOTO - 24 Noyabr 2017, 16:25
Prodüser Tolikə vəzifə verildi - 24 Noyabr 2017, 16:15
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan! - 24 Noyabr 2017, 15:53
Prokuror generalın oğluna 6 il həbs cəzası istədi - 24 Noyabr 2017, 15:47
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var - 24 Noyabr 2017, 15:26
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir - 24 Noyabr 2017, 15:10
“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçiriləcək - 24 Noyabr 2017, 15:04
AZXEBER.COM-u sosial şəbəkələrdə izləyənlərin sayı milyona yaxınlaşır - 24 Noyabr 2017, 14:52
Qənirə Paşayeva Sudan heyəti ilə görüşdü - 24 Noyabr 2017, 14:47
"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat - 24 Noyabr 2017, 14:37
İŞİD-in köləsinə çevrilmiş Dilbər: "Atam bizi gətirdi... Özü edam olundu" - 24 Noyabr 2017, 14:27
"Bu uşaqdan nə istəyirsiniz?!" - 24 Noyabr 2017, 14:20
Rusiyada azərbaycanlı sahibkar özünü yandırdı - 24 Noyabr 2017, 14:16
Bu yerlərdə siqaret çəkmək qadağan olunur - Siyahı - 24 Noyabr 2017, 14:13
"Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?" - Nazir - 24 Noyabr 2017, 14:04
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10