15:58 Cümə, 23 Avqust 2019
İQTİSADİYYAT

Azercell NNTV xidmətini təqdim edir

17:00, 18.01.20193858
Azercell NNTV xidmətini təqdim edir
"Azercell Telekom” MMC abunəçilərinə mobil telefonda teleyayım imkanlarını yaradan NNTV xidmətini təqdim edir. 

AZXEBER.COM xəbər verir ki, bu xidmət vasitəsilə Azercell abunəçiləri 150 televiziya kanalını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı əldə edirlər.

NNTV xidməti heç bir əlavə avadanlıq (kabel, anten və s.) olmadan telekanallara abunə olmaq imkanı yaradır. Bu texnoloji yenilik sayəsində telekanalları istənilən yerdə, istənilən provayderin şəbəkəsində yüksək keyfiyyətdə - HD formatda izləmək mümkündür. Dünyanın ən məşhur və ən çox izlənilən kanallarını smartfona daşıyan NNTV xidmətinin əsas üstünlüyü ondadır ki, abunəçi bu kanalları yalnız ölkə ərazisində deyil, xaricdə olarkən də izləyə bilər. Bundan əlavə, kanaldan müəyyən video məzmunu yükləyib sonra da izləmək mümkündür.

Mobil TV xidmətindən yararlanmaq istəyən abunəçilər günlük və ya aylıq paketi seçə bilərlər. Aylıq paketi aktiv etmək üçün AY sözünü, Günlük paketi aktiv etmək üçün isə GUN sözünü yazıb 5773 nömrəsinə göndərmək lazımdır. Kanalları izləyə bilmək üçün xidmətə qoşulduqdan sonra Google Play (Android) və App Store (iPhone) platformalarından NNTV mobil tətbiqini yükləmək lazımdır.

NNTV xidməti ilə bağlı ətraflı məlumatla www.azercell.com saytından tanış olmaq mümkündür.

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/nntv/ səhifəsinə daxil olun.
XƏBƏR LENTİ