19:38 çərşənbə Axşamı, 19 Mart 2019
İQTİSADİYYAT

Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir

11:52, 15.12.20185986
Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir
6 ildir ki, yeni il ərəfəsində "Nargis Fund” tərəfindən keçirilən və xoş bir ənənəyə çevrilən  "Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası bu il də yüzlərlə uşağı sevindirəcək. 

AZXEBER.COM xəbər verir ki, yanvar ayının 6-dək davam edəcək bu xoş məramlı tədbirə fəaliyyəti boyunca gələcəyimiz olan uşaqların müdafiəsi, eləcə də onların hüquqlarının qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirən "Azercell Telekom” MMC də öz dəstəyini əsirgəməyib. Şirkət yarmarkada quraşdırılmış stendindən smartfon əldə edən müştəriləri hədiyyə ilə sevindirəcək. Belə ki, abunəçilər öz istəklərinə uyğun olaraq 1000 şəbəkədaxili dəqiqə və ya 1 aylıq limitsiz internet əldə edə bilərsiniz.

"Amapola Exclusive Events" şirkətinin təşkilatçılığı ilə baş tutan xeyriyyə yarmarkası bu il öz konsepsiyasına görə əvvəlkilərdən daha fərqli və yaddaqalan olacaq. Fəvvarələr meydanında qurulmuş 47 evcikdən hər kəs Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər və s. əldə edə, kiçik rahat kafelərdə çay, kofe, eləcə də digər isti və ya soyuq içkilərdən içə, müxtəlif təamlardan dada bilər. Xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini isə əyləncəli proqramlar, maraqlı tədbirlər və sponsorlardan hədiyyələr gözləyir. Məlumat üçün bildirək ki, "Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri nargisfund.com saytından, eləcə də fondun rəsmi sosial şəbəkə resurslarından əldə etmək  olar.

 

 

 


XƏBƏR LENTİ