Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib

Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib
İQTİSADİYYAT
18:02 14.03.2019
6641
Ölkəmizdə kibertəhlükəsizlik sahəsində səmərəliliyin və maarifləndirmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədi ilə 11 - 15 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Kibertəhlükəsizlik həftəsi” keçirilir. 

"Azercell Telekom” MMC-nin də fəal iştirak etdiyi "Kibertəhlükəsizlik Həftəsi” çərçivəsində fərqli qurumların dəstəyilə müxtəlif forum və tədbirlər, müsabiqələr təşkil olunur. Mart ayının 13-ü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə "Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib. Forum region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.  Tədbirdə "Regionun Kibertəhlükəsizlik Məsələləri”, "Kibertəhlükəsizliyin İnnovativ Həlləri”, "Uşaqlar üçün Təhlükəsiz İnternet” kimi mövzularda sessiyalar təşkil olunub. Hökumət, biznes və diplomatik korpusların səlahiyyətli nümayəndələri, elmi dairələrin və vətəndaş cəmiyyətinin, eləcə də internet ictimaiyyətinin mütəxəssislərinin çıxış etdiyi forumda "Azercell Telekom”MMC-nin Korporativ Ünsiyyət departamentinin rəhbəri Nigar Şıxlinskaya "Uşaqlar üçün təhlükəsiz internet” mövzusunda şirkətin həyata keçirdiyi layihələr barədə danışıb. Nigar Şıxlinskaya çıxışı zamanı ölkənin lider mobil operatoru olan Azercell şirkətinin kiber-təhlükəsizlik və internetdən təhlükəsiz istifadə məsələlərinə həm texniki, həm də Korporativ Sosial Məsuliyyət siyasəti baxımından böyük diqqət ayırdığını bildirib. 

Məlumat üçün bidilrək ki, "Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azercell tərəfindən uşaqlar, valideynlər və müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlimlər təşkil edilir. Artıq mart ayının 4-dən 7-nə kimi Şəmkirdə Azercell-in dəstəyi ilə "Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlim keçirilib. Daha bir təlim isə martın 11-də Gəncə şəhərində başlayıb. Martın 15-nə qədər davam edəcək təlimdə böyüklərlə yanaşı, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilən internetdə rastlanan təhlükələr barədə məlumat verilir. Burada məktəblilərə kibertəhlükəsizlik anlayışı aşılanır, internetdən gələn təhlükənin dərəcəsi, səbəbləri araşdırılır. Uşaqlar təhlükəsiz portallarla tanış edilir, onlara təhlükəsiz axtarış saytlarından istifadə qaydaları öyrədilir. 

Qeyd edək ki, VI Regional İnternet İdarəçilik Forumunun (RİİF) əsas məqsədi daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internet tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün ideal platformadı.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ersin Tatar Azərbaycana gəldi
12:10 02.07.2025
Ersin Tatar Azərbaycana gəldi
İsrail Qəzzada daha 29 fələstinlini öldürdü
12:05 02.07.2025
İsrail Qəzzada daha 29 fələstinlini öldürdü
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəldi
11:55 02.07.2025
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəldi
“Media haqqında” qanuna bu dəyişikliklər ediləcək
11:47 02.07.2025
“Media haqqında” qanuna bu dəyişikliklər ediləcək
Birbank "Bahar" lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
11:43 02.07.2025
Birbank "Bahar" lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib