06:41 Cümə, 15 Dekabr 2017
MEDİA

AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir

14:08, 21.09.201793
AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir

Bu gün Serbiya paytaxtında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) konfransı başlanır. Konfransın işində EANA-nın üzvləri, o cümlədən 2008-ci ildən bu təşkilatın üzvü olan Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC da iştirak edir.


Budəfəki konfrans "Videoxəbərlərin yaradılması və maddiləşdirilməsi. Redaktorların yeni çağırışlara hazırlanması” mövzusuna həsr edilib.

Konfransda AZƏRTAC -ı bu agentliyin Almaniyadakı xüsusi müxbiri, OANA-nın baş katibi Vüqar Seyidov təmsil edir. Konfransın gündəliyində V.Seyidovun qısa çıxışı nəzərdə tutulur. O, videoxəbərlər yaradılması sahəsində AZƏRTAC -ın qazandığı nailiyyətlər barədə hesabat təqdim edəcək.

Sabah EANA-nın Baş Assambleyasının iclası olacaq.

 


0
XƏBƏR LENTİ