19:57 Bazar Günü, 17 Dekabr 2017
SOSİAL

Azyaşlı bacı-qardaş müəmmalı şəkildə öldü - AZƏRBAYCANDA TÜKÜRPƏDƏN OLAY

13:07, 19.09.201710227
Azyaşlı bacı-qardaş müəmmalı şəkildə öldü - AZƏRBAYCANDA TÜKÜRPƏDƏN OLAY

Sabirabadda azyaşlı bacı-qardaş bir ayın içində müəmmalı şəkildə ölüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Səma Aqşin qızı yuxudan oyanmayıb.

 

Bu gün səhər saatlarında Şirvan şəhər Xəstəxanasına aparılan 5 yaşlı uşağın artıq öldüyü məlum olub.

 

Məlumata görə, bir ay əvvəl Səmanın 13 yaşlı qardaşı da müəmmalı şəkildə ölüb.

 

Hazırda ölümlərin hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün uşağın meyiti müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib.

 

Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

0
XƏBƏR LENTİ