Azyaşlı qızlarını İŞİD-in əlindən qaçırdan atanın film kimi - Hekayəti

06 Sentyabr 2017, 16:46
AAA

İŞİD-ə qoşulan gənc qadınların və körpə qızların faciəli həyatı barədə yazılar həmişə diqqət çəkib. Bu yazıda isə bir atanın qızlarını İŞİD-in cəngindən necə qurtardığını qələmə alıb. Bu hekayətdə eyni zamanda İŞİD-ə qoşulanların hansı yollarla terror ocaqlarına çatdırıldığını da izləyə biləcəksiniz.

***

İraq və Şam İslam Dövləti (İŞİD) Rusiyanın Dağıstan Muxtar Respublikasında təşkilatlanmağa çalışır və bu istiqamətdə döyüşçülər toplayır. 

Artur Məhəmmədov Dağıstandakı evinin bağçasında oturub və dünyasının yıxıldığı həmin anı, indicə baş vermiş kimi xatırlayır. Arvadının 10 yaşlı qızı Fatma və 3 yaşlı qızı Mazəratı götürüb gizlicə evdən qaçdığı anı... Suriyaya, İŞİD terror təşkilatına qatılmaq üçün qaçdığı anı...

Qaynı və arvadının əmisi ona ailəsinin əvvəlcə Türkiyəyə uçub, oradan  da Suriyaya getdiyini xəbər verdi. Ən dözülməzi də bu idi ki, xəbər verənlər bu vəziyyətdən çox məmnun görünürdülər. Çarəsiz ata isə yalnız bunları deyə bilir: "Bu iş ancaq göz yaşları ilə bitər. Bir də, hansı haqla məndən icazəsiz uşaqlarımı aparıb?" 

Arturun arvadı Dağıstandan İŞİD-ə qoşulan nə ilk, nə də son insan idi. Rəsmi açıqlamalara görə, 1200 dağıstanlı Suriyaya gedərək, orada İŞİD-ə qoşulub. Lakin Artur üçün hekayə burada bitmədi. Ata qızlarını İŞİD-in əlindən qurtarmağa qərarlı idi. Və Suriyaya gizlicə girməyin bir yolunu tapmalı idi.

Ata ölümü gözə alır

Artur tanışlarından borc pul alıb, əvvəlcə İstanbula uçur. Guya İŞİD-ə qoşulmaq niyyətindədir. Orada onu terror təşkilatının bir nümayəndəsi gözləyirdi. Onun yardımı ilə Qaziantəpə gedir. Burada isə çeçen bir ailə və daha üç adam da var idi. Artur həmin zaman yaşadıqlarını bu sözlərlə anladır: 

"Türkiyə-Suriya sərhədinə çatmaq üçün beş dəfə maşın dəyişdik. Burada çatdırılma işlərinə baxan böyük bir mafiya var. Sərhədi keçmək çox dramatik bir mərhələdir. Sərhədçi əsgərlər xəbər tutub atəş açana qədər az bir vaxt olur. Kürəyindəki dolu çantalarla 200 metr məsafəni çox sürətli qaçmalısan. Qaçarkən ürəyimin səsini aydınca eşidirdim. İŞİD torpaqlarına girdiyimdə artıq maşınların içində bizi silahlı kişilər gözləyirdilər. Daha sonra bizi Cerablusda bir qəbul mərkəzinə apardılar."

*** 

Artur, Cerablusda yaxın bir qohumunun da İŞİD-ə qatılmaq üçün qaçdığını öyrənir. Qohumunun həyat yoldaşı ona cib telefonundan mesaj göndərib, arvadının, uşaqlarının həyatda olduğunu və Rakka şəhəri yaxınlarındakı Tabkaya qaçdıqlarını bildirir.

Mesajda bunlar qeyd olunurdu: "Mən ədalətli kişiyəm və hesab edirəm ki, sənə haqsızlıq edildi. Buna görə də səninlə əlaqə yaratmaq istədim".

Bu mesajdan sonra Artur Tabkaya yollanır. 

"Başımızın üstündən mərmilər uçurdu" 

"Uşaqlarım məni gördüklərinə çox sevindilər. Fatmanı artıq qaralara bürüyüb, üstündən də çadra geyindirmişdilər. Mazərat isə hələ çox balaca idi. Arvadım əvvəlcə ortalıqda görünmürdü. Gəldiyimi öyrənəndən sonra isə qaçıb uzaqlaşdı. Çünki artıq başının bəlada olduğunun fərqindəydi". 

*** 

Oradakı bir şəriət məhkəməsi uşaqların qəyyumluğunu Artura verir. Lakin uşaqların oradan çıxarılmasına icazəsi yox idi. Ona görə də o, Türkiyə sərhədindən qaçmağa məcbur olur. Bu qaçışda başlarına gələnləri Artur belə anladır:

"Sərhədə 70 metr var idi. Dəmiryolu relslərinin yanı ilə bu qədər yolu sürünərək davam etdik. Balaca qızımı qucağıma aldım, Fatmaya isə dedim ki, sən qaç. Biz qaçarkən şalvarım tikanlı məftilə ilişdi, qızımın da paltarı cırıldı. Mazərat ağlamağa başladı. Sərhədi təzəcə keçmişdik ki, ayağım  ilişdi və tanklar üçün qurulmuş tələyə düşdüm. Özü də üç dəfə. İnanın ki, qaçmaq üçün gücü haradan tapdığımı özüm də bilmirdim. 

Sərhədə 50 metr qalanda türk sərhədçilər atəş açdılar. Bir oyuqda gizlənib, 20 dəqiqə gözlədik. Başımızın üstündən mərmilər uçurdu. Qarğıdalı tarlasına çatdıq və artıq anladım ki, İŞİD-in əlindən qurtulmağı bacardım. Özümü lap cənnətdə hesab edirdim".

***

Artur və qızları İstanbula çatan kimi Rusiya konsulluğuna gedirlər və onların köməkliyi ilə Dağıstana çata bilirlər. Bəs Arturun arvadı necə oldu?

"Bilmirəm haradadır. Heç danışmıram onunla. O, öz seçimini edib. Və bununla yaşamaq məcburiyyətindədir".

Arturun anası isə deyir ki, onların kəndlərindən bir çox insanın gəlini İŞİD-ə qoşulmaq üçün evdən qaçıb və sonra da peşman olublar: "Hərdən o qaçan qadınların ana, ataları ilə rastlaşıram. Deyirlər ki, orada həyat çox çətindir".

Dağıstan Rusiyanın ən kasıb bölgələrindən biridir. İşsizlik baş alıb gedir. Maaşlar isə olduqca azdır. Bu isə artıq Dağıstanı radikal terrorçuların hədəfinə gətirir. 

İŞİD-ə qoşulmaq üçün qaçan Dağıstanlı Marat deyir ki, onun beynini internetdə əlaqə qurduğu adamlar doldurublar: "Suriyadakı cihadçılara qatılmaq  üçün hamilə arvadımı belə tərk etdim, çox peşmanam".

***

Bu ilin yayında İŞİD Tabkadakı hakimiyyətini itirdi. İŞİD-çi mömin artıq internetdə suriyalıların necə vəhşicəsinə öldürülməsi barədə çox dəhşətli videolar paylaşırdı: "Siz müsəlmanlar niyə evdə oturmusunuz? Gəlin bura və kömək edin. Yalnız indi səhvlərimi anlayıram. Orada baş verənlər cihad-filan deyil. Yalnız bir qrup müsəlman digər müsəlmanları qırır, vəssalam".

***

...Artur Məhəmmədov evinin arxa bağçasındadır. Balaca Mazərat yelləncəkdə oturub bizi izləyirdi. Arturdan "uşaqlarının yaşadıqları sənə necə təsir etdi?" deyə soruşuram. Cavabı belə oldu:

"Mazərat bu bahar mənə belə bir sual verdi - "niyə hamının anası var, amma mənim yox?" Cavab verə bilmədim. Qızlara anaları ilə bütün əlaqələri kəsmələrini desəm də, bilirəm ki, sosial media vasitəsi ilə danışırlar. Bunun qarşısını tam ala bilmərəm. Necə olsa da o qadın qızlarımın anasıdır və onun üçün darıxırlar".

 

(BBC News)


 

Oxunma sayı : 2028

SON XƏBƏRLƏR
Aqil Ələsgər Beynəlxalq Təhlükəsizlik Simpoziumunda çıxış etdi - 25 Noyabr 2017, 14:44
Azərbaycan əsgərinin meyitinin qaytarılması tələb olunur - 25 Noyabr 2017, 14:29
Azərbaycan kişilərini təhqir edən Pərvinə cavab: " 500 -1000 manatlıq qadına..." - 25 Noyabr 2017, 13:50
Bu xəbərləri yaymaq qadağan edilib - Cərimələnə bilərsiniz - 25 Noyabr 2017, 13:27
Marşrut sahiblərinə XƏBƏRDARLIQ - 25 Noyabr 2017, 13:20
"Aparıcı bakirə olmamalıdır" söhbətinə xanım aparıcılardan maraqlı - Cavablar - 25 Noyabr 2017, 13:16
“Azərbaycan iqtisadiyyatını dəyişdiririk” - İlham Əliyev - 25 Noyabr 2017, 13:14
Bazar günü hava yağmursuz olacaq - 25 Noyabr 2017, 12:44
Bakı metrosunda sərnişinlərə qənim kəsilən qadın tutuldu - 25 Noyabr 2017, 12:32
Ərdoğan aktrisanı tənqid etdi - 25 Noyabr 2017, 11:37
“Çelsi”nin Bakıdan Londona təhlükəli uçuşu - 25 Noyabr 2017, 11:15
Natiq Qədimovun həyat yoldaşı : “Əlvida” demirəm Natiq, görüşəcəyik...” - 25 Noyabr 2017, 00:00
“Şirin”in toyundan – FOTOLAR - 24 Noyabr 2017, 23:54
İlham Əliyevin Brüsselə səfəri başa çatıb – FOTO - 24 Noyabr 2017, 22:46
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünü dəstəklənib - 24 Noyabr 2017, 21:29
Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib - 24 Noyabr 2017, 20:50
Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olunacaq - 24 Noyabr 2017, 18:15
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib - 24 Noyabr 2017, 18:14
“Beşiktaş”ın izi ilə gedəcəyik” – Qurban Qurbanov - 24 Noyabr 2017, 18:10
AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək - 24 Noyabr 2017, 18:09
Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə - 24 Noyabr 2017, 17:49
Lider TV-də müzakirə: "Efirə çıxan aparıcı bakirə olmamalıdır" - VİDEO - 24 Noyabr 2017, 17:43
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı - 24 Noyabr 2017, 17:31
Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə - 24 Noyabr 2017, 17:31
"Muğanbank"da "Forex" qalmaqalı: 300 minlik dələduzluq - 24 Noyabr 2017, 17:30
"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik - 24 Noyabr 2017, 17:18
Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər" - 24 Noyabr 2017, 17:00
Dino Ndlovu "Qarabağ"dan gedir? - 24 Noyabr 2017, 16:53
Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşüb - 24 Noyabr 2017, 16:37
Prezident bu qanunlara dəyişiklik təklif etdi - 24 Noyabr 2017, 16:32
Bakıda avtomobil ana, ata və 2 uşağını vurub qaçdı - FOTO - 24 Noyabr 2017, 16:25
Prodüser Tolikə vəzifə verildi - 24 Noyabr 2017, 16:15
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan! - 24 Noyabr 2017, 15:53
Prokuror generalın oğluna 6 il həbs cəzası istədi - 24 Noyabr 2017, 15:47
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var - 24 Noyabr 2017, 15:26
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir - 24 Noyabr 2017, 15:10
“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçiriləcək - 24 Noyabr 2017, 15:04
AZXEBER.COM-u sosial şəbəkələrdə izləyənlərin sayı milyona yaxınlaşır - 24 Noyabr 2017, 14:52
Qənirə Paşayeva Sudan heyəti ilə görüşdü - 24 Noyabr 2017, 14:47
"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat - 24 Noyabr 2017, 14:37
İŞİD-in köləsinə çevrilmiş Dilbər: "Atam bizi gətirdi... Özü edam olundu" - 24 Noyabr 2017, 14:27
"Bu uşaqdan nə istəyirsiniz?!" - 24 Noyabr 2017, 14:20
Rusiyada azərbaycanlı sahibkar özünü yandırdı - 24 Noyabr 2017, 14:16
Bu yerlərdə siqaret çəkmək qadağan olunur - Siyahı - 24 Noyabr 2017, 14:13
"Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?" - Nazir - 24 Noyabr 2017, 14:04
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10