10:54 Bazar Günü, 19 Yanvar 2020
KRİMİNAL

“Baba” ləqəbli narkotacir saxlanıldı - FOTO

14:53, 10.01.20205958
“Baba” ləqəbli narkotacir saxlanıldı - FOTO
Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, keçirilən tədbir zamanı narkotiklərin dövriyyəsi ilə məşğul olan rayon sakini, 26 yaşlı Məmmədhüseyn Gülməmmədov və ona narkotik vasitəni gətirən taksi sürücüsü, Şabran rayon sakini 43 yaşlı Vaci Taciyev saxlanılıblar.

Onlardan kibrit qutularında və kağız bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən vasitənin mənbəyi də müəyyən edilib. Davam etdirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul, Şabran rayon sakini, əvvəllər məhkum olunmuş "Baba" ləqəbli Balabək Babayev yaşadığı rayon ərazisində tutularaq Xızı RPŞ-nə gətirilib.

Dindirilmə zamanı B.Babayev respublikanın şimal rayonlarında narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Xızı RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
 

 

 

 

 

 

 


XƏBƏR LENTİ