02:19 çərşənbə Axşamı, 17 Sentyabr 2019
DÜNYA

"Bacımı hər kəsin gözü önündə öldürdü, heç kim reaksiya vermədi" - Əminənin qardaşı

17:25, 23.08.20195484
Türkiyənin Kırıkkale şəhərində keçmiş əri tərəfindən öldürülən 38 yaşlı Emine Bulutun qardaşı Kazım Bulut açıqlama verib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o açıqlamasında qatilin ən ağır şəkildə cəzalandırılmasını istədiklərini deyib:
 
"Bacımın keçmiş əri, bu cinayəti 4-5 ay öncədən planlaşdırıb. O uzun müddətdir uzərində bıçaq gəzdirərək bizi öldürəcəyini deyirmiş.Bacımı öldürdükdən sonra atama zəng vuraraq səni də öldürəcəm, gözlə gəlirəm deyib”.
 
Mərhumun qardaşı həmçinin bildirib ki, baş vermiş cinayətdən öncə keçmiş ər və arvadın arasında mübahisə yaşanıb: "İlk olaraq bacımla avtobus sürücülərinin yanında mübahisə ediblər. Daha sonra daha sakit yerdə danışmaq bəhanəsi ilə bacımı kənara aparıb və qətlə yetirib”
 
Kazım Bulut onu da deyib ki, hadisə zamanı heç kim bacısına kömək etməyib: "Ətrafda olan heç kim bacıma kömək etməyib".
 

 

XƏBƏR LENTİ