12:25 Cümə, 15 Dekabr 2017
KRİMİNAL

Bacısının ad günündə qardaş qardaşı bir kəlmə sözə görə öldürdü

20:25, 10.08.20171194
Bacısının ad günündə qardaş qardaşı bir kəlmə sözə görə öldürdü
Türkiyənin Adana şəhərində bacılarının ad gününü qeyd etmək üçün bir araya gələn ailənin sevinci qısa çəkib.
 
AZXEBER.COM  Milliyet-ə istinadən xəbər verir ki, iddiaya görə, (24) Ahmet Uludağ 61 yaşlı atası Ali Rza Uludağa "Ata, yan qonşu maşın alıb" deyib. Bu sözdən sonra (22) Məhəmməd böyük qardaşına "Bunlar da ana, atamı?" cavabını verib. Bu sözlərə əsəbləşən Ahmet: "Atamla bu nə danışıqdır?" deyərək üzərindəki bıçağı çıxardıb, qardaşının qarnına saplayıb. Ağır yaralanan Məhəmməd xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
 
Qardaşı Ahmet Uludağ həbs edilib. H
 
adisədən sonra ata Ali Rza Uludağ ifadəsində "Qızımın ad gününü qeyd etmək üçün evdə bir yerə yığışdıq. Məhəmmədin o sözünə "Ayıb deyilmi? Mənimlə belə necə danışa bilərsən?" deyə sərt reaksiya göstərdim. Mübahisə düşdü, böyük oğlum Ahmetdən şikayətçiyəm" deyib.
0
XƏBƏR LENTİ