14:57 Cümə Axşamı, 22 Fevral 2018
SOSİAL

Bacısıyla gördüyü oğlanı öldürdü

10:35, 21.10.20175997
Bacısıyla gördüyü oğlanı öldürdü
Şəmkirdə törədilən qətlin təfərrüatları məlum olub.
 
Hadisə qısqanclıq zəminində törədilib.

Belə ki, Şəmkir rayonunun Zəyəm kənd sakini, 2000-ci il təvəllüdlü Həsrət Azər oğlu Xəlilov bacısını 1989-cu il təvəllüdlü həmkəndlisi Tural Ramiz oğlu Məmmədovla görüb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə H.Xəlilov T.Məmmədovu döş qəfəsindən bıçaqlayaraq onu ağır yaralayıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

H.Xəlilov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
 
///Report
0
XƏBƏR LENTİ