09:59 Cümə, 21 Sentyabr 2018
İQTİSADİYYAT

Bakcell şirkəti ADA Universitetinin təşkil etdiyi 6-cı Karyera Sərgisində iştirak edib

17:14, 05.03.20181304
Bakcell şirkəti ADA Universitetinin təşkil etdiyi 6-cı Karyera Sərgisində iştirak edib

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell ADA Universitetinin təşkil etdiyi 6-cı Karyera Sərgisində iştirak edib.

 

Hər il ənənəvi olaraq keçirilən bu tədbirin məqsədi Azərbaycanın gənc istedadlı tələbələrini və müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələrini bir araya gətirərək onlar arasında əlaqə yaratmaq və gənc kadrları potensial işəgötürənlərə daha yaxın etməkdir. Sərgidə ölkənin ən nüfuzlu şirkət və müəssisələri təmsil olunub və onlar ADA Universitetinin tələbə və məzunlarını müxtəlif karyera və təcrübə imkanları ilə tanış ediblər.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan Bakcell şirkəti Azərbaycan iqtisadiyyatının ən prioritet istiqamətləri sırasında gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verməkdədir. ADA-nın təşkil etdiyi 6-cı Karyera Sərgisində universitetin tələbə və məzunlarına Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Həmçinin, gənclər Bakcell şirkətinin öz müştərilərinə və xidmətlərinə innovativ yanaşma üsulları barədə geniş məlumatla tanış olublar. Karyera sərgisindəki Bakcell stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.


Bakcell şirkətinin fəaliyyətinin əsas məqsədlərindən biri də yerli gənc istedadlara təhsil və karyera qurmaqda dəstək göstərmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə töhfə verməkdir.


 

***


Bakcell haqqında


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

 

 


XƏBƏR LENTİ