04:12 Bazar Ertəsi, 25 Iyun 2018
SOSİAL

Bakı bulvarındakı "Günəşli" restoranında müştərilərə yeni tələ: ( FOTOFAKT)

15:06, 16.08.20176779
Bakı bulvarındakı
Bakının bulvar ərazisində yerləşən "Günəşli" restoranında müştərilərin etirazına səbəb olan olay yaşanıb. 
 
AZXEBER.COM-a daxil olan məlumata görə, restoran bütün hesablarda 10%-lik xidmət haqqını da əlavə edir.
 
Mövcud vəziyyətə etiraz dən müştərilərdən biri ümumilikdə 10 manatlıq sifariş verdiyini bildirib.  Şikayətçi yalnız bir dəfə ofisiantın yaxınlaşdığını əlavə edib. O restorana daxil olan zaman ona xidmət haqqı üçün əlavə ödənişik alınacağına dair heç bir məlumatın restoran əməkdaşları tərəfindən verilmədiyini və restoran ərazisində məlumatlandırıcı hansısa lövhədə bu barədə məlumatın qeyd edilmədiyini yazıb. 
 
Qeyd edək ki, bundan öncə də bulvar ərazisində fəaliyyət göstərən restoranaların özbaşınalıqları və istehlakçı hüquqlarını kobud şəkildə pozması ilə bağlı məlumat vermişdik. 
 
 
 
 
 
 
 
 
XƏBƏR LENTİ