18:17 çərşənbə, 18 Iyul 2018
FOTOSESSİYA

Bakı bulvarının yeni ‘Şeytan çarxı’ - FOTOSESSİYA

16:51, 12.03.201411358
Bakı bulvarının yeni ‘Şeytan çarxı’ -  FOTOSESSİYA

Bu gün səhər saat 11-də Milli Parkda “Şeytan çarxı” adlanan yeni atraksion işə salınıb.

AZXEBER.COM-un məlumatına görə, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə əsasən, “karusel”in qiyməti istifadəçilərin yaşına görə müxtəlifdir.

“Belə ki, biletlər 6 yaşınadək uşaqlara pulsuz veriləcək. 6 yaşından 12 yaşınadək olan uşaqlar üçün 3 manat, 12 yaşından böyük uşaqlar və böyüklər üçün 5 manat olacaq”, - N.Məcidov deyib.

Qeyd edək ki, çarx tam dairəni sürətdən asılı olaraq 10-30 dəqiqə ərzində vurur.

Xatırladaq ki, 60 metr hündürlüyündə olan yeni çarxın tikintisinə 2013-cü ildə başlanıb.

Atraksionda hər biri 8 nəfər üçün nəzərdə tutulan 30 kabinə var.

Bu yaxınlarda Prezident İlham Əliyev və Mehriban Əliyeva yeni atraksionun rəsmi açılışında iştirak ediblər.

Diqqətinizə yeni atraksiondan Bakının görünüşünü təqdim edirik.

XƏBƏR LENTİ