16:07 şənbə, 15 Dekabr 2018
SOSİAL

Bakı Dəniz Vağzalının yaxınlığında faciə: 2 nəfər xəstəxanaya yerləşdirildi

10:26, 28.11.20184925
Bakı Dəniz Vağzalının yaxınlığında faciə: 2 nəfər xəstəxanaya yerləşdirildi
Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Neftçilər prospekti, Bakı Dəniz Vağzalının yaxınlığında qeydə alınıb. "Hundai" markalı 99-NU-793 dövlət nömrə nişanlı avtomobil yolu keçən iki piyadanı vurub.

Hadisə nəticəsində 2001-ci təvəllüdlü Nicat Rəsulov və 2003-cü il təvəllüdlü Elçin Muradov 1 saylı Kliniki Tibbi Mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, N.Rəsulov kəllə-beyin travması alıb hazırda vəziyyəti stabildir. Digər xəsarət alan şəxslə bağlı məlumat yoxdur.

Qəza ilə bağlı araşdırma aparılır.

-----------
09:14

Səhər saatlarında paytaxtın Neftçilər prospektində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, Abdullayev Natiq Əliağa oğluna məxsus "Hyundai" markalı, 99 NU 793 nömrəli avtomobil yolu keçmək istəyən üç piyadanı vurub.

Piyadaların biri elə hadisə yerindəcə dünyasını dəyişib.

Digər iki nəfər isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Piyadaların şəxsiyyətləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
 

 

 


 

XƏBƏR LENTİ