02:48 çərşənbə Axşamı, 20 Noyabr 2018
SOSİAL

“Bakı Metropoliteni” gələn il 50 yeni vaqon alacaq

19:58, 08.11.20185854
“Bakı Metropoliteni” gələn il 50 yeni vaqon alacaq

"Bakı Metropoliteni” QSC gələn il yeni stansiyalarının açılışı, həm də vaqon parkının yenilənməsi ilə əlaqədar 50 yeni vaqon alacaq.

"Report”un məlumatına görə, bunu qurumun istismar üzrə baş mühəndisi Əlixan Osmanov metro işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu vaqonların 20-si (4 qatar) yeni tikilmiş xətlərdə, 30-u (6 qatar) isə köhnə xətlərdə istismar ediləcək.

"Yeni vaqonlar Rusiyanın "Metrovaqonmaş” şirkətinin istehsalı olacaq", - deyə Ə.Osmanov qeyd edib.

XƏBƏR LENTİ