03:20 Bazar Günü, 22 Aprel 2018
SOSİAL

Bakı metrosunda hadisə - Sərnişin relslərin üstünə yıxıldı

13:15, 16.03.20182332
Bakı metrosunda hadisə - Sərnişin relslərin üstünə yıxıldı

Bakı metrosunun "İçərişəhər" stansiyasında həyəcanlı anlar yaşanıb.

AZXEBER.COM xəbər verir ki, sərnişin qatar yoluna yıxılıb. Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib:

"Bu dəqiqələrdə (12:55) 85 yaşlı Məmmədova Sürayyə Söhbət qızı. "İçərişəhər" stansiyasında qatar dayananda birinci vaqonun birinci qapısından düşüb. Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Gərginliyi çıxarıb xanımı stansiya yolundan çıxardıb əməkdaşlarımız. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də təcili tibi yardıb çağrılıb".

0
XƏBƏR LENTİ