13:51 Cümə Axşamı, 18 Yanvar 2018
TOP4

Bakı metrosunda qadınların çantasına girən iki nəfər həbs olundu - FOTOLAR

13:30, 21.12.20171047
Bakı metrosunda qadınların çantasına girən iki nəfər həbs olundu - FOTOLAR

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Dekabrın 19-da Bakı şəhər sakinləri Röya Hümbətovanın çantasından içərisində pulu və sənədləri olan pulqabısının metronun "28 May” stansiyasında qatarda, Naimə Rəhimovanın cibindən mobil telefonunun "Gənclik” stansiyasında platformada oğurlanması barədə Metropolitendə Polis Şöbəsinə müraciətlər daxil olub. 

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilərək saxlanılıblar.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla onların Naxçıvan şəhər sakini Rüfət Qasımov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Roman Hüseynov olduqları məlum olub. 

Onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

 


0
XƏBƏR LENTİ