12:28 çərşənbə Axşamı, 10 Dekabr 2019
SOSİAL

Bakı metrosunda sıxlıq - Sərnişinlər problem yaşadı

23:58, 19.11.201911632
Bakı metrosunda sıxlıq - Sərnişinlər problem yaşadı
Bu gün saat 7 radələrində Bakı metropoliteninin "Koroğlu” stansiyasının platformasında "Alov” parkı istiqamətində 5 dəqiqə ərzində sərnişin sıxlığı müşahidə edilib.

Bu barədə AZXEBER.COM-a Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, həmin vaxt stansiyanın həmin istiqamətdə olan bütün çıxış qapıları açıq olub: "Sərnişinlər həmin qapıları rahatlıqla tərk ediblər”.
B.Məmmədov əlavə edib ki, hər bir sərnişindən metropolitendən istifadə qaydalarında əks olunan tələblərə riayət etmələri xahiş edilir: "Tələblər bundan ibarətdir ki, həm metropoliten işçiləri, həm də sərnişinlər platformada və qatarlara minərkən bərabər paylanmaya diqqət etməlidirlər. Bu baxımdan belə vəziyyətlərin yaranmaması üçün sərnişinlərimizdən qaydalara riayət etməyi rica edirik”.
XƏBƏR LENTİ