18:53 çərşənbə, 29 Yanvar 2020
SOSİAL

Bakı metrosunda uçqun təhlükəsi - Bu stansiya bağlanır

01:22, 08.12.20196619
Bakı metrosunda uçqun təhlükəsi - Bu stansiya bağlanır

Gələn il Bakı metrosunun "Həzi Aslanov” stansiyası müvəqqəti olaraq fəaliyyətini dayandıracaq. Buna səbəb metrostansiyasının əsaslı təmirə ehtiyacının olmasıdır.

Bu barədə Ayna.az-a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Hidayət Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, stansiyanın platformasında, tunelində ciddi təmir işlərinə ehtiyac var:

 

"Bu səbəbdən rekonstruksiya işləri aparılmalıdır. Hazırda metro tunelinin dəmir-beton konstruksiyasında aşınmalar var, bu da ciddi fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən artıq lazımı qurumlara müraciət ünvanlanıb, gələn ildən stansiyada təmir işlərinə start veriləcək”.

Metropoliten rəsmisi vurğulayıb ki, sözügedən metrostansiyadakı bu problemin səbəbi ağır geoloji vəziyyətlə əlaqədardır: 

"Metro üzərində tikilmiş yeni çoxmərtəbəli binalar yerin geoloji quruluşuna ciddi təsir edib, bu da öz növbəsində stansiyanın vəziyyətini pisləşdirib”.


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ