06:43 çərşənbə, 13 Noyabr 2019
SOSİAL

Bakıda 11 yaşlı oğlan anasından imtina etdi: "Elə ananı istəmirəm" - ŞOK SƏBƏB - VİDEO

14:47, 21.10.201911940
Bakıda 11 yaşlı oğlan anasından imtina etdi:
Bakıda itkin kimi qeydə alınan və axtarışa verilən 11 yaşlı F. Elmar oğlu Hüseynov tapılıb.

AZXEBER.COM baku.ws-ə istinadən verir ki, azyaşlı anasının şiddət gördüyü üçün evdən qaçdığını deyib.

O, "Səni axtarıram" proqramına gələrək göz yaşları ilə anası Jalə Hüseynovadan imtina etmək istədiyini bildirib:

"Anamdan imtina edirəm, onunla qalmaq istəmirəm. Məni döyür, nalayiq söyüşlər söyür. Atamı da tutdurub. Atam məni döymürdü. Anam siqaret çəkir, spirtli içki içir, elə ananı istəmirəm".

Xatırladaq ki, 2008-ci il təvəllüdlü F.Hüseynov oktyabrın 8-i səhər saat 10 radələrində Binəqədi rayonu, Ramazanov küçəsi döngə 1-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun anası Jalə Hüseynova Binəqədi RPİ-nin 43-cü PB-nə ərizə ilə müraciət edib.
 

XƏBƏR LENTİ