21:37 Cümə, 06 Dekabr 2019
SOSİAL

Bakıda 2 avtobus toqquşdu - 7 qadın yaralandı

15:42, 31.10.20193449
Bakıda 2 avtobus toqquşdu - 7 qadın yaralandı
Yeni Ramana yolunda, Pedoqoji kollecin yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Səhiyyə Nazirliyindən "Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə yerinə bir neçə təcili yardım briqadası yollanıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 qadın Təcili Tibbi Yardım avtomobili, 1 qadın isə şəxsi avtomobillə  3 saylı şəhər xəstəxanasına çatdırılıb. 

Vəziyyətləri orta- ağır kimi qiymətləndirilir.

***

Qəza 49 və 106 saylı sərnişin avtobuslarının toqquşması nəticəsində baş verib. 
XƏBƏR LENTİ