19:19 şənbə, 21 Sentyabr 2019
İQTİSADİYYAT

Bakıda 2 mərtəbəli avtomobil dayanacağı tikilir

22:00, 29.12.20121489
Bakıda 2 mərtəbəli avtomobil dayanacağı tikilir
Bu gün Azərbaycan prezidenti İlham Əliyev paytaxtın Azadlıq meydanında tikilən yeraltı avtomobil dayanacağında inşaat işlərinin gedişi ilə tanış olub. Dənizkənarı Milli Parkın yenidən qurulması və müasirləşdirilməsi paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının bu istirahət guşəsinə marağını artırıb.Burada keçirilən maraqlı tədbirləri izləmək və istirahət etmək üçün avtomobillərlə gələnlərin sayının artması bulvaryanı ərazilərdə tıxaclar və piyadalar üçün təhlükə yaradırdı. Bunları aradan qaldırmaq üçün paytaxtın Azadlıq meydanında yeraltı avtomobil dayanacağı inşa edilir.Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, iki minə yaxın avtomobil üçün nəzərdə tutulan bu dayanacaq ikimərtəbəli olacaq. Avtomobil dayanacağını fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya quraşdırılıb.Burada yanğınsöndürmə hovuzu və avadanlığı, avtomobil qazlarının təmizlənməsini və havalandırmanı idarə edən qurğular ən yüksək standartlar səviyyəsində olacaq. Layihəyə əsasən, yeraltı dayanacağın 8 giriş-çıxışı olacaq ki, bunlardan ikisi avtomobillər, altısı isə piyadalar üçün nəzərdə tutulub.
XƏBƏR LENTİ