17:03 Cümə, 23 Avqust 2019
SOSİAL

Bakıda 40 minlik qadın ayaqqabısı oğurlandı

13:47, 15.05.20193568
Bakıda 40 minlik qadın ayaqqabısı oğurlandı
Mayın 13-də Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib. Verilən məlumata görə, müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb.

Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40.000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ