13:54 Cümə, 13 Dekabr 2019
SOSİAL

Bakıda 41 yaşlı kişi dişini çəkdirərkən öldü

20:59, 12.09.20197161
Bakıda 41 yaşlı kişi dişini çəkdirərkən öldü
Neftçala rayonu, Cəngən kəndinin 41 yaşlı sakini  Bakı şəhərindəki stomatoloji kabinetlərdən birində dişini çəkdirərəkən  dünyasını dəyişib.

AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, 1978-ci ildə anadan olmuş Abas Ələsgər oğlu Məlikov dişini çəkdirərkən vurulmuş keyidici iynədən şoka düşərək dünyasını dəyişib.

A.Məlikovun 3 azyaşlı uşaq atası olduğu və Bakı şəhərində müvəqqəti  iş yeri tapdığı üçün ailəsi ilə birgə paytaxtda məskunlaşdığı deyilir.

Mərhumun yaxınlarının bildirdiyinə görə, ölümün əsl səbəbi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq.
XƏBƏR LENTİ