08:20 Cümə, 23 Fevral 2018
KRİMİNAL

Bakıda 42 yaşlı qadın zorlanıb

19:29, 14.02.20181198
Bakıda 42 yaşlı qadın zorlanıb

Xəzər rayonunda zorlama hadisəsi baş verib. Bu, fevral ayında Bakı ərazisində qeydə alınmış sayca dördüncü zorlama faktıdır.

AZXEBER.COM Oxu.Az  istinadən xəbər verir ki, Xəzər rayon hüquq-mühafizə orqanlarının məlumatına görə, 42 yaşlı Buzovna qəsəbə sakini İ.Z. bu barədə polis bölməsinə şikayət edib.

Qadın ərizədə göstərib ki, fevralın 11-də, saat 11:30 radələrində öz fərdi evində cinayət qurbanı olub. Cinayətin 1969-cu il təvəllüdlü qohumu Z.Z. tərəfindən törədildiyi bildirilir.

Zərərçəkənin sözlərinə görə, həmin şəxs onunla eyni ünvanda yaşayıb. Şübhəli şəxs hələlik saxlanılmayıb, materiallar araşdırılması üçün rayon prokurorluğuna göndərilib.

Qeyd edək ki, bundan əvvəl, fevralın 8-də Biləcəri qəsəbəsində1998-ci il təvəllüdlü V.F. ögey atası tərəfindən zorlanmışdı. Həmin cinayət də birgəyaşayış ünvanında törədilmişdi.

Zərərçəkənin atalığının əvvəllər AR Cinayət Məcəlləsinin 242-ci maddəsi (pornoqrafik materiallar və əşyaları qanunsuz yayma) ilə mühakimə olunduğu bildirilir. Binəqədi rayon
Polis İdarəsinin məlumatına görə, ögey qızını zorlayan şəxs artıq saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

0
XƏBƏR LENTİ