22:58 Bazar Ertəsi, 18 Noyabr 2019
SOSİAL

Bakıda ağac budaqları qırılaraq insanların üzərinə düşdü - yaralılar var

21:49, 15.10.201910119
Bakıda ağac budaqları qırılaraq insanların üzərinə düşdü - yaralılar var
Yasamal rayonunda bədbəxt hadisə baş verib. 

Səhiyyə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, ağacın budaqları qırılaraq dayanacaqda gözləyən üç nəfər qadının üstünə tökülüb.

Yaralıları təcili tibbi yardım maşınları ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. Onlardan birinə kəllə-beyin travması, digər ikisinə isə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. 

Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.
XƏBƏR LENTİ