15:12 çərşənbə, 18 Sentyabr 2019
SOSİAL

Bakıda ailə uşaqlarını atıb qaçdı - polis bu uşaqların valideynlərini axtarır - VİDEO

10:13, 07.02.20193022
Bakıda ailə uşaqlarını atıb qaçdı - polis bu uşaqların valideynlərini axtarır - VİDEO
Bakıda iki azyaşlı uşaq valideynləri tərəfindən atılıb.

Təqribən 5-6 yaşlarında olan iki azyaşlı 20 gün əvvəl bir dayə tərəfindən polisə təhvil verilib.

Qadın bildirib ki, uşaqların anası baxması üçün onları dayənin yanına qoyub. Lakin xeyli müddət keçsə də, azyaşlıların anası geri qayıtmayıb.

Qardaş olduqları ehtimal edilən uşaqların ünsiyyət problemi var. Lakin lal deyillər. Bunu da həmin azyaşlılar sığınacaqdakı uşaqları çağırarkən müəyyən etmək mümkün olub.

Uşaqlarının valideynlərinin axtarışları da heç bir nəticə verməyib.

Azyaşlıların yaxınlarını tanıyanlar sığınacağın 055 466 08 06 nömrəli qaynar xəttinə zəng edərək məlumat verə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 
///Xezerxeber.az
 



XƏBƏR LENTİ