06:25 Cümə Axşamı, 17 Oktyabr 2019
KRİMİNAL

Bakıda akademikin evindən 60 min dollar oğurladılar

10:01, 05.08.20132067
Bakıda akademikin evindən 60 min dollar oğurladılar

Bakıda içərisində külli miqdarda pul olan seyf oğurlanıb.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Ələsgər Ələkbərov küçəsi 507/511-ci məhəllə, ev 14, mənzil 5 ünvanında yaşayan Qacar Çingiz Oveys oğlu 26-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək, avqustun 4-ü saat 13.30 radələrində ona məxsus mənzildən içərisində 60 min ABŞ dolları və gümüş çəngə-bıçaq olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib. 

Hazırda əməliyyat axtarış tədbirləri davam etdirilir. 

Qeyd edək ki, Qacar Çingiz Oveys oğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Fizika İnstitutunun direktorudur.//apa

XƏBƏR LENTİ