21:01 Bazar Ertəsi, 17 Iyun 2019
MƏDƏNİYYƏT

Bakıda Arif Məlikovun heykəli ucaldılacaq - Sərəncam

15:38, 17.05.20192949
Bakıda Arif Məlikovun heykəli ucaldılacaq - Sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun xatirəsini əbədiləşdirmək məqsədilə sərəncam imzalayıb. 

AZXEBER.COM xəbər verir ki, sərəncama əsasən, Bakı şəhər İcra Hakimiyyəti Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin edəcək. 

Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adı veriləcək. 

Mədəniyyət Nazirliyi Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını, paytaxtda yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin edəcək. 

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 
 
XƏBƏR LENTİ