02:00 çərşənbə Axşamı, 21 Avqust 2018
SOSİAL

Bakıda atışma: Ölən və yaralanan var

00:26, 10.08.201817174
Bakıda atışma: Ölən və yaralanan var

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

AZXEBER.COM "Report”-a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.

XƏBƏR LENTİ