08:11 Bazar Ertəsi, 25 Iyun 2018
SOSİAL

Bakıda avtobus dayanacağa çırpıldı: Yaralanan var - FOTOLAR

10:04, 14.09.20171793
Bakıda avtobus dayanacağa çırpıldı: Yaralanan var - FOTOLAR

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.

39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı bildirilir.

Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.

Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.





XƏBƏR LENTİ