03:20 Bazar Ertəsi, 18 Dekabr 2017
SOSİAL

Bakıda avtomobil piyadanı vurub öldürüb

12:29, 18.11.2017444
Bakıda avtomobil piyadanı vurub öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM DİN-in saytına istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Telnov küçəsində qeydə alınıb. 

Belə ki, noyabrın 17-də saat 22 radələrində Bakı şəhər sakini Mehdi Daşdəmirov yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub və nəticədə hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Lexus” markalı avtomobilin sürücüsü, paytaxt sakini Rafiq Xudiyev saxlanılıb.


0
XƏBƏR LENTİ