16:03 Cümə, 28 Fevral 2020
SOSİAL

Bakıda azyaşlını döyən tərbiyəçi işindən qovuldu - Araşdırma başladı

11:40, 18.01.20204412
Bakıda azyaşlını döyən tərbiyəçi işindən qovuldu - Araşdırma başladı
Bakıda 2 nömrəli Uşaq evində tərbiyəçi uşağı döyüb. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Görüntülərdən aydın olur ki, müəllim uşağı döyür, daha sonra videoya çəkildiyini görüb, onu qucaqlayır.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Suraxanı rayonu 2 nömrəli Uşaq evinin direktor Sevda Hacıyeva Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə ötən ilin dekabrın 29-da baş verib:

"Məsələ araşdırıldı və dekabrın 30-da tərbiyəçi Məmmədova Elnurə Qüdrət qızı vəzifəsindən azad edildi.

O, uşağa qarşı bu cür hərəkəti edib, cəzasını da alıb. Mən 20 ildir direktor işləyirəm və hər zaman da demişəm ki, bir adam uşağa əl qaldıra bilməz. Heç kimin səlahiyyəti yoxdur ki, ona əl qaldırsın.

Müəllim uşağı vura bilməz, ancaq tərbiyə verə bilər. 20 ildir mən ancaq o sözü deyirəm. Öz səhvi ucbatından başına iş açdı. Çox yaxşı müəllim idi, fəxri fərmanları da var idi”. 
XƏBƏR LENTİ