12:29 şənbə, 24 Fevral 2018
TOP4

Bakıda bacı-qardaş niyə intihar etdi? - Təfərrüat

17:08, 23.03.20171433
Bakıda bacı-qardaş niyə intihar etdi? - Təfərrüat
Bakıda bacı və qardaşın bayram günü intihar etmələrinin yeni təfərrüatı məlum olub.

Rauf Əliyev ruhi xəstə olduğu üçün ona bacısı Gülnar Səlimova baxırmış. Həyat yoldaşı ilə tez-tez mübahisə edən Gülnar Səlimova martın 21-də, hadisədən bir saat əvvəl oğlu ilə telefonla danışan zaman intihar edəcəyini bildirib.

Məlumata görə, G.Səlimovanın ruhi xəstə qardaşını da özü ilə intihara sürükləməkdə məqsədi onu kiminsə ümidinə buraxmamaq olub. Telefon danışığından sonra G.Səlimovanın oğlu dəniz kənarına gəlsə də, artıq gec olub.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır. (musavat.com)
0
XƏBƏR LENTİ