01:35 Cümə Axşamı, 20 Iyun 2019
KRİMİNAL

Bakıda bacısının sevgilsini öldürən şəxsə HÖKM OXUNDU

18:59, 31.05.20194851
Bakıda bacısının sevgilsini öldürən şəxsə HÖKM OXUNDU

Bakıda qətdə törətməkdə təqsirləndirilən Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Elnur Abdullayev 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin noyabrında paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən 32 yaşlı Murad Quliyev Qəbələ rayon sakini, 27 yaşlı Elnur Abdullayev tərəfindən qısqanclıq zəminində öldürüb.

Əvvəllər 2 dəfə evli olmuş və hər iki həyat yoldaşından boşanan Murad Quliyev internet vasitəsilə 2 uşaq anası olan Qəbələ sakini ilə tanış olub.

Daha sonra qadın uşaqlarını Qəbələdə ataraq Bakıya gəlib və Murad Quliyevlə 2 aya yaxın birgə yaşayıb.

Murad Quliyev qadınla birgə Qəbələyə gedib.

Məqsəd isə qadının rəsmi nikahda olduğu şəxsdən boşanmaq üçün məhkəməyə müraciət etmək olub.

Lakin Qəbələdə olarkən qadının ailə üzvləri onun Murad Quliyevlə Bakıya qayıtmağına icazə verməyib və həmin şəxsin el adət-ənəsi ilə gəlməsini istəyib.

Bundan sonra Murad Quliyev Bakıya gəlib.

Lakin o, qeyri-rəsmi münasibətdə yaşadığı qadının ailəsinin istədiyi kimi etməyib və onlarla əlaqəni tamamilə kəsib.

Bu səbəbdən də qadının qardaşı Elnur Abdullayev özü ilə bıçaq götürərək Bakıya gəlib. O, Murad Quliyevi tapıb və ona bir neçə zərbə endirib.

Murad Quliyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

 

teleqraf.com


 
XƏBƏR LENTİ