13:17 Cümə Axşamı, 26 Aprel 2018
SOSİAL

Bakıda bir ailənin bütün üzvlərini avtomobil vurdu

10:06, 17.07.2017445
Bakıda bir ailənin bütün üzvlərini avtomobil vurdu
Bakıda bir ailənin bütün üzvlərini avtomobil vurub.

Hadisə Xəzər rayonunda qeydə alınıb.

Mərdəkan qəsəbəsində dayanacaqda dayanan 1975-ci il təvəllüdlü Qurbanov Araz Qurban oğlu, 1975-ci il təvəllüdlü Nuraliyeva Məxluqə Eynulla qızı, onların övladları 12 yaşlı Qurbanov Rəhim Araz oğlu və 13 yaşlı Qurbanov Rəhman Araz oğlunu minik avtomobili vurub.

Nəticədə adıçəkilən şəxslər bədənin müxtəlif nahiyələrindən xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən sürücü Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

///report
0
XƏBƏR LENTİ