10:20 çərşənbə Axşamı, 23 Oktyabr 2018
HADİSƏ

Bakıda çəkiliş vaxtı şok hadisə: Sürücü bıçaqla ATV-nin əməkdaşlarına hücum etdi

16:48, 18.09.20184759
Bakıda çəkiliş vaxtı şok hadisə: Sürücü bıçaqla ATV-nin əməkdaşlarına hücum etdi

Dünən ATV telekanalının əməkdaşları Nəsimi rayonunda çəkiliş apararkən insident baş verib.

Telekanalın "Xəbərlər” buraxılışı üçün Cavadxan küçəsində süjet hazırlayan müxbir, 1989-cu il təvəllüdlü Məmmədov Əhməd Məhəmmədəli oğlu və operator, 1979-cu ildə anadan olmuş Soltanov Mirəziz Mirəli oğlu oradakı taksi sürücüsünün hücumuna məruz qalıb.

Belə ki, çəkiliş qrupu saat 12 radələrində taksilərin avtobus dayanacaqlarının ərazisini zəbt etməsi mövzusu ilə bağlı süjet hazırlayarkən dayanacaqda dayanmış "Lada Priora” markalı taksinin sürücüsü bıçaqla onlara hücum edib. Həmin şəxs çəkiliş qrupundan çəkdikləri kadrları silməsini tələb edib.

ATV-nin müxbiri və operatoru üzləşdikləri hadisəsi ilə bağlı ərazi üzrə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət ediblər.

Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən şəxs Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zəngilan yaşayış massivində yaşayan 1998-ci il təvəllüdlü Əlifov Şükür Oqtay oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.


XƏBƏR LENTİ