20:21 Cümə, 25 May 2018
SOSİAL

Bakıda "ağac soyqırımı"nın dəhşətli görüntüləri yayıldı: Meşəni qırıb yerində bina tikirlər (VİDEO)

15:23, 17.05.20172969
Bakıda

Xətai rayonu, Gəncə prospektində yaşıllıq məhv edilir.

Bu barədə AZXEBER.COM-a sakinlər məlumat verib. Onların sözlərinə görə, SSRİ vaxtından əhalinin istirahəti üçün nəzərdə tutulan yaşıllıq məhv edilib. Hazırda əraziyə ağır texnika cəlb edilib və aparılan işlər nəticəsində bütün ağaclar kəsilib.

Söküntüdən öncə sakinlərə park salınması ilə bağlı məlumat verilsə də, daha sonra bu məlumat təkzib edilib. Belə ki, sakinlər ərazidə tikinti şirkətinin əməkdaşlarını görməyə başlayıblar. Onlar ağır texnika ilə bir neçə günə ağacları məhv ediblər.

Sakinlərin sözlərinə görə, tikintiyə icazəni birbaşa icra hakimiyyəti verib. Tikintinin hansı şirkət tərəfindən həyata keçirilməsi isə məlum deyil.

Sakinlərin göndərdikləri videodan da göründüyü kimi, hazırda ağacların bütöv hissəsi kəsilib və ərazi hasarlanıb.

Xatırladaq ki, bir müddət öncə Yasamal rayonu "Ovçular Evi”nin sökülərək yerində bina tikilməsi ilə bağlı məlumatdan sonra, ölkə başçısı İlham Əliyev operativ reaksiya vermişdi.  Prezidentin göstərişi ilə tikinti dayandırılmış, tikintini həyata keçirən şirkətə cərimə kəsilmişdi.

 

 

 

 

XƏBƏR LENTİ