10:36 çərşənbə Axşamı, 11 Dekabr 2018
SOSİAL

Bakıda daha bir süpürgəçini maşın vurdu - VƏZİYYƏTİ AĞIRDIR

10:35, 06.12.20183940
Bakıda daha bir süpürgəçini maşın vurdu - VƏZİYYƏTİ AĞIRDIR
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan  verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ