05:04 Bazar Ertəsi, 19 Noyabr 2018
SOSİAL

Bakıda dəhşət: 10 yaşlı oğlan ürəyindən güllələndi

12:04, 22.10.20184151
Bakıda dəhşət: 10 yaşlı oğlan ürəyindən güllələndi
Bakıda 10 yaşlı oğlan bədbəxt hadisənin qurbanı olub.

AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, Qaradağ rayon, Ümid qəsəbəsində 2008-ci il təvəllüdlü Abbaszadə Rəsul Teymur oğlu ürək nahiyəsindən aldığı güllə yarası ilə 20 saylı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına çatdırılıb. Azyaşlı oradaca vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, R.Abbaszadə həyətdə oynayarkən həmyaşıdı Rəşad Namazov tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində atəş açıb. Güllə Rəsulun ürək nahiyəsinə tuş gəlib və o, çatdırıldığı xəstəxanada keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
XƏBƏR LENTİ