12:24 Cümə, 15 Dekabr 2017
SOSİAL

Bakıda dəhşət: Betonqarışdıran maşın "VAZ"ın üstünə aşdı - FOTO

17:37, 13.10.20177772
Bakıda dəhşət: Betonqarışdıran maşın

Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində dəhşətli yol qəzası baş verib. 

"Koroğlu" nəqliyyat qovşağında, Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospektini birləşdirən körpüdən beton qarışdıran ağırtonnajlı yük maşını aşıb. Hadisə zamanı kənardan hərəkət edən "VAZ" markalı minik avtomobili həmin yük maşınının altında qalıb.

İlikin məlumata görə, "VAZ"da olan bir nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Fotoları sosial mediada Sabirə Kazımova paylaşıb.

///lent.az


0
XƏBƏR LENTİ