21:45 şənbə, 26 May 2018
SOSİAL

Bakıda dənizkənarı məşhur obyektlər sevgililərə qənim kəsilib: "Çəkilişə görə 300 manat verin"

13:42, 26.04.20177565
Bakıda dənizkənarı məşhur obyektlər sevgililərə qənim kəsilib:
Öz toyu üçün "love story" çəkmək istəyən gənclər çətin duruma düşüb.
 
AZXEBER.COM-a şikayət edən Tural Əliyev adlı deyir ki, Bakıda "love story" çəkməyə yer tapmır. 
 
Şikayətçinin sözünə görə, Bakıdakı bütün obyektlər foto çəkməyə görə ondan pul tələb edir: "Mən sevgilimlə "love story" çəkdirmək istəyirəm. Ancaq bu boyda Bakı şəhərində bir yer tapmıram. Dənizkənarında olan obyektlərdə özbaşınalıq hökm sürür. Hara zəng edirəmsə, məndən pul istəyirlər. Deyirəm ki, gəlim restoranda yemək yeyim, amma siz icazə verin ki, şəkillərimizi çəkək. Məsələn: "Nar Şarab restoranında buna görə məndən 300 manat, "Amburan"da 100 manat, "Dalğa Beach"də isə 200 manat istədilər. Özü də bu qanunsuzluqdur, onlar heç buna görə qəbz də vermirlər. Sadəcə admintratorlar bu pulları ciblərinə qoyur".
 
Qeyd edək ki. bu problemlə fotoqraflar da üzləşib. Onlara çəkiliş üçün şərait yaradılmır. 
 
Yazıda adıçəkilən məkanların da mövqeyini  yayımlamağa hazırıq. 
XƏBƏR LENTİ