03:08 Bazar Günü, 18 Avqust 2019
SAĞLAMLIQ

Bakıda ənənəvi Azərbaycan Beynəlxalq səhiyyə sərgisi keçiriləcək

11:00, 14.10.20131398
Bakıda ənənəvi Azərbaycan Beynəlxalq səhiyyə sərgisi keçiriləcək

Oktyabrın 31-dən noyabrın 2-dək Bakıda ənənəvi Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi (BİHE) keçiriləcəkdir.

AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, Xəzər regionunun ən böyük sərgi və konfranslarının təşkilatçısı “Iteca Caspian LLC” şirkətindən bildirmişlər ki, regionda yeganə tibb və səhiyyə sərgisi olan BIHE dövlət təşkilatlarının nümayəndələri, tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçıları, terapevtlər və tibb sənayesi mütəxəssislərinin mühüm görüş yerinə çevrilmişdir.BIHE sərgisi ilə yanaşı, eyni gündə VIII Azərbaycan Beynəlxalq stomatologiya və VII Azərbaycan Beynəlxalq gözəllik və estetik tibb sərgiləri (“Beauty Azerbaijan 2013”) də keçiriləcəkdir. Sərgilər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.BIHE sərgisi ənənəvi olaraq tibbi məhsul və xidmətlərin geniş spektrini təqdim edəcəkdir. Bu il sərgidə Azərbaycan, ABŞ, Almaniya, Belarus, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər də iştirak edirlər. Çexiya Respublikası isə ilk dəfə olaraq bu ölkənin Sənaye və Ticarət Nazirliyinin təşəbbüsü ilə milli ekspozisiya ilə çıxış edəcəkdir. Həmçinin, Türkiyədə fəaliyyət göstərən klinikalar da bu il növbəti dəfə sərgidə iştirak edirlər.Sərgini müşayiət edəcək işgüzar proqram çərçivəsində tibbi turizm mövzusunda seminar keçiriləcəkdir.“Beauty Azerbaijan 2013” sərgisi gözəllik salonları, fitnes klublar, spa mərkəzləri və bərbərxanalarda geniş istifadə olunan məhsul və texnologiyaları təqdim edəcəkdir. Sərgi aşağıdakı bölümləri ehtiva edir: peşəkar kosmetika, bədən, dəri və saça qulluq üçün vasitələr, gözəllik və spa salonları üçün avadanlıqlar, müalicəvi kosmetika, sərfiyyat materialları. Yerli iştirakçıların sırasına isə “Gazelli”, ZNK və s. kimi şirkətlər daxildir.

XƏBƏR LENTİ