16:59 Cümə, 25 May 2018
SOSİAL

Bakıda evi uçurulan şəxs özünü doğradı: "Mənim evimi niyə sökdünüz?" (VİDEO)

13:57, 17.11.20178099
Bakıda evi uçurulan şəxs özünü doğradı:

Bakıda Suraxanı rayonu icra hakimiyyətinin işçiləri tərəfindən evi dağıdılan şəxs özünü doğrayıb.

AZXEBER.COM xəbər verir ki, hadisə ötən gün Suraxanı rayonu ərazisində yaşanıb. Evi uçurulan Elşən Hüseynov Suraxanı rayon icra hakimiyyətinin işçilərinin gözü önündə özünü doğrayıb. O evinin haqsız yerə söküldüyünü və söküntüyə birbaşa Hacıbala Abutalıbovun yaxın adamı olan Vüsal İdris oğlu Cəfərovun başçılıq etdiyini dilə gətirib. Bu şəxsin Suraxanı rayon icra başçısı İlqar Abbasovun da yaxın adamı olduğu bildirilir.

 

E.Hseynov bildirdi ki, evi qanunsuz uçurulub. İş məhkəmədə olub və qərar verilib ki, həmin torpaq sahəsində nə tikinti, nə də söküntü aparıla bilməz. Məhkəmə qararını isə məmurlar heçə saydılar. 

Ötən gün isə Suraxanı rayonu icra hakimiyyətinin işçiləri zorla onun evini söküblər. O, özünün və 7 aylıq hamilə həyat yoldaşının küçədə qaldığını bildirib. 
 
Sosial şəbəkələrdə yayımlanan həmin görüntüləri təqdim edirik

 

 


 



XƏBƏR LENTİ