22:43 çərşənbə Axşamı, 25 Sentyabr 2018
SOSİAL

Bakıda film kimi olay: "Tapança" ilə "zapravka"ya girib, pulları apardılar - VİDEO

23:28, 16.04.20188395
Bakıda film kimi olay:

Aprelin 16-da gecə saat 02:31 radələrində Əhmədlidə "radiozavod”un yaxınlığındakı "LUKoil” yanacaqdoldurma məntəqəsində soyğunçuluq hadisəsi baş verib.  

AZXEBER.COM "Movqe.az”a istinadən xəbər verir ki, üzünə maska taxan iki nəfər şəxs "LUKoil” yanacaqdoldurma məntəqəsinə daxil olub.

Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək 800 AZN pulu götürərək aradan çıxıblar.

Naməlum şəxslər oyuncaq tapançanı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerə ataraq uzaqlaşıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ