15:23 Cümə Axşamı, 18 Iyul 2019
KRİMİNAL

Bakıda gecə klubunda dəhşətli qətl

11:01, 19.08.20133749
Bakıda gecə klubunda dəhşətli qətl

Avqustun 18-də Bakı şəhərinin Səbail rayonunda qətl hadisəsi törədilib.  

Rayon Polis İdarəsindən verilən məlumata görə, Üzeyir Hacıbəyov küçəsi 45 ünvanında yerləşən gecə klubunda Binəqədi qəsəbəsi, 3-cü mədən yaşayış massivində yaşayan 1990-cı il təvəllüdlü Səfərov Səbuhi Eldar oğlu bıçaqlanıb. 23 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Gecə klubunda baş vermiş qətl hadisəsi il bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir. //lent.az

XƏBƏR LENTİ